Messinin salfet üzərindəki ilk müqaviləsi satıldı - FOTO
Dünyaca məşhur futbolçu Lionel Messinin 13 yaşında İspaniyanın "Barselona" klubu ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 965 min dollara satılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Alıcının adı isə açıqlanmayıb.
Qeyd edək ki, Messi ilə müqavilə imzalamaq üçün prinsipial razılaşma təxminən 24 il əvvəl Barselona Tennis Klubunda salfetə yazılmışdı. Onun üzərində o vaxtkı "Barselona"nın direktorunun və Messinin imzası var.