Rusiya daşınmaz əmlak bazarının azərbaycanlı kralları

Rusiya daşınmaz əmlak bazarının azərbaycanlı kralları
 

"Forbes" 2024-cü il üçün Rusiya daşınmaz əmlak bazarının krallarının reytinq cədvəlini  açıqlayıb.

Ölkə.Az xəbər verir ki, Rusiya daşınmaz əmlakının krallarının reytinq cədvəlinə əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan əsilli iş adamları olub.

Belə ki, "Kiyevskaya ploşad"ın (Kiyev meydanı) sahibləri Qod Nisanovla, Zaxar İliyev 1 milyard  760 mln dollarla reytinq cədvəlinə liderlik edir.

Digər azərbaycanlı iş adamı "Crocus Grup"un rəhbəri Araz Ağalarov isə 255 milyon dollar gəlirlə reytinq cədvəlində 7-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, ötən il "Kiyevskaya ploşad"ın sahibləri Qod Nisanovla Zaxar İliyevin gəlirlər 1 mlrd. 660 mln dollar olub. 2021-ci ildə isə bu rəqəm 1.665 mlrd dollar olub. 

Mürtəza
Ölkə.Az

 

0.018602848052979