Liqa prezidenti Mbappenin keçidini təsdiqlədi

Liqa prezidenti Mbappenin keçidini təsdiqlədi
 

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin futbolçusu Kilian Mbappenin “Real Madrid”ə keçidini təsdiqləyib.

Paralel.az xarici mətbuata istinadən xəbər verir ki, o, transferin tamamlanmağa yaxın olduğunu bildirib.

“Onun “Real Madrid”ə keçmək ehtimalı 99 faizdir. Çünki PSJ-dən ayrılacaq”, -  Xavyer Tebas deyib və sevincini ifadə edib.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 31 matçda iştirak edib, 32 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

0.020910024642944