Səhiyyə Nazirliyində müdhiş korrupsiya: Mərkəz direktoru tenderləri şirkətlərinə verir (FOTO)

Səhiyyə Nazirliyində müdhiş korrupsiya: Mərkəz direktoru tenderləri şirkətlərinə verir (FOTO)
 

Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadənin fəaliyyəti ilə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub.

Məlumatlarda bildirilir ki, Cəbrayıl Əsədzadə səhiyyənin İKT sahəsində inkişaf etdirmək əvəzinə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Belə ki, tender və digər yollarla mənimsədiyi pullarla aldığı əmlakları xarici şirkətdə işləyən (KCA Deutag) qardaşı Anar Əsədov Tofiq oğlunun və digər yaxın qohumlarının adına keçirməklə saxtakarlıq edir.

Dövlət qurumunu şəxsi şirkətinə çevirmiş Cəbrayıl Əsədzadə oğlu Rüfət Əsədzadəni və başqa qohumlarını Mərkəzin ştatına işə götürdüyü bildirilir.

Cəbrayıl Əsədzadə və oğlu Rüfət Əsədzadə

İddialara görə, digər işçilərin də yaxın qohumlarını ştata götürməklə maaş kartlarını ələ keçirib ordan pullar mənimsənilir:

“Satınalmalardan “otkat” yolu ilə əldə etdiyi pullar ona kifayət etmədiyi üçün qeyri-rəsmi şəkildə özünə məxsus “çətir şirkət” olan Medsys MMC şirkətini qurub. Saxtakarlıq yolu ilə əldə edəcəyi vəsaitin həqiqi mənbəyini gizlətmək üçün Medsys MMC-şirkətini yaxın əlaqələr qurduğu türk şirkəti olan AKGÜN əmakdaşı Emil Hüseynovun adına qeydiyyatdan keçirib. AKGÜN şirkətinin Azərbaycan nümayəndəliyinində qeyri-rəsmi rəhbəri Cəbrayıl Əsədzadədir.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi və Medsys MMC-şirkəti arasındakı bütün pul köçürmələri yalnız Cəbrayıl Əsədzadənin nəzarətindədir. Buradan da aydın olur ki, rəsmi olaraq direktor olduğu Mərkəzin pullarını qeyri-rəsmi rəhbər olduğu Medsys MMC şirkətin hesabına köçürür.

Aşağıdakı məlumatlara nəzər yetirsəz görərsiz ki, AKGÜN və Medsys şirkətin veb saytında yerləşdiyi ünvan, Plaza, mərtəbə və telefon nömrəsi eynidir.
Medsys ünvanı:
https://www.medsys.az/support
Telefon: +994552315007
email: [email protected]
Ünvan: Əhməd Rəcəbli 1 küç., 8., Adore Plaza (4-cü mərtəbə)
AKGÜN Azərbaycan ofisinin ünvanı:
https://www.akgunyazilim.com.tr/en/iletisim/ofisler
Azerbaijan Narimanov, Ahmad Rajabli 1st Street 8 Adore Plaza / 4rd Floor
BAKU / AZERBAIJAN
Your Phone Number: +994 55 231 50 00 +994 55 231 50 07
Fax: +99 412 310 03 48

 

0.011574983596802