Səbail İcra Hakimiyyətinin adından torpaq satan şəxs həbs edildi

Səbail İcra Hakimiyyətinin adından torpaq satan şəxs həbs edildi
 

Özünü Səbail Rayon İcra Hakimiyyəti Aparatının məsul vəzifəli şəxsi kimi təqdim edərək sahibkara torpaq satan şəxsə hökm oxunub.

Qayanrinfo-nun məlumatına görə, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Zamin Əhədov (soyad şərti) sahibkarın 7200 manat məbləğində pulunu mənimsəməkdə təqsirləndirilib.
O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən kişi ayaqqabılarının satışı dükanın sahibini Elçin Cavadovu (ad-soyad şərti) Şıxov qəsəbəsi ərazisində guya dövlət hesabına vətəndaşlar üçün ayrılmış pay torpaqlarından iki ədəd 600 m2 ölçüdə torpaq sahələri verdirəcəyini yalan vəd verib aldatmaqla 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində 7200 manat məbləğində pulunu ələ keçirib.

Təqsirləndirilən şəxs Səbail Rayonu İcra hakimiyyətində işlədiyini bildirib. İşi ilə bağlı müəyyən şəxslərə dövlət tərəfindən ayrılan pay torpaqlarını ehtiyacı olan şəxslərə ucuz qiymətə düzəltdiyini deyib.

Sahibkar pulunu geri ala bilmədiyi üçün Zamin barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. O, 6 may 2023-cü ildə saxlanılaraq həbs edilib və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iş açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Zaminə sözügedən maddə ilə təqsirli bilinərək, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

0.018413066864014