Bakı ilə yüksək səviyyəli razılaşmalar var - Qriqoryan

Bakı ilə yüksək səviyyəli razılaşmalar var - Qriqoryan
 

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələlik müəyyən edilməyib.

Ölkə.Az xəbər verir ki, bunu baş nazirin müavini Mher Qriqoryan deyib.

Sərhədin delimitasiyası prosesinə toxunan Baş nazirin müavini deyib: “Əslində delimitasiya prosesi sadəcə xəritələrlə işləmək deyil, bu, ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi bazanın və bünövrənin müəyyən edilməsidir. Üstəlik, SSRİ dövründə hər bir qurumun xəritə tərtib etmək və ya çap etdirmək hüququ yox idi. Bütün bu nüanslar son dərəcə vacibdir və nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, hüquqi əsaslarla qeydə alınmış yüksək səviyyəli razılaşmalar var. 

Əlavə edib ki, birlikdə çox həssas bir məsələ müzakirə edilir: "Delimitasiya məsələsi hər halda çox həssasdır. Platformanın obyektiv, konstruktiv işləmək imkanının olmasını təmin etmək üçün biz razılaşdıq ki, görüşlər nəticəsində nəşrlərimiz birgə mətbuat bəyanatında razılaşdıqlarımızla məhdudlaşacaq”.

O eyni zamanda bu məsələ ətrafında həvəskar spekulyasiyalara yol verilməsini düzgün hesab etmədiyini də vurğulayıb.

Mürtəza
Ölkə.Az

 

0.015253782272339