Tələbə kirayə puluna qənaət etmək üçün universitetə ​​təyyarə ilə gedir - Kanadada

Tələbə kirayə puluna qənaət etmək üçün universitetə ​​təyyarə ilə gedir - Kanadada
 

Kanadanın Kalqari şəhərində yaşayan Tim Çen həftədə iki dəfə Vankuverdəki Britaniya Kolumbiyası Universitetində mühazirələrinə uçur. 

 Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Çen təyyarə biletinin qiymətinin Vankuverdə kirayə pulu ödəməkdən daha ucuz olduğunu bildirib.

O, biletlərin aylıq 1200 dollara (təx. 2040 AZN) bərabər olduğunu, Vankuverdə bir otaqlı mənzilin orta kirayəsinin isə 2 100 dollar (təx. 3570 AZN) civarında olduğunu söyləyib.

Həftədə yalnız 2 gün məktəbə gedən Çen bu üsulla ayda təxminən 900 dollar (təx. 1530 AZN) qənaət edir.

Günay

 

0.020033836364746