Dani Alveşə hökm oxundu
“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.
Paralel.az xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya 4 il 6 ay həbs cəzası verilib.
Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir.
Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.