Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri oliqarx imiş – Klinika, “parnik“lər, “zaprvka“, obyektlər…

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri oliqarx imiş – Klinika, “parnik“lər, “zaprvka“, obyektlər…
 

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, sən demə, böyük biznes şəbəkəsi var imiş.

Paralel.az xəbər verir ki, bu barədə AzFakt.com-un mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinatından öncə Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif sahələrdə çalışıb və son zamanlar Bakıda parkinq biznesinə girişsə də, bu sahədə olan güclü rəqibləri onu bu bazardan çıxarıblar.

Coşqun Əliyevin parkinq proyekti iflasa uğrasa da, o, bir çox sahələrdə geniş biznes qurmağı bacarıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilən Coşqun Əliyevin hazırda Xəzər rayonunun Zirə qəsəbəsində sahəsi hektarlarla olan pomidor və xiyar istixanaları var. Coşqun Əliyevin uzun illərdir bu istixanalardan milyonlarla gəlir əldə etdiyi bildirilir.

Coşqun Əliyevin paytaxtın Yasamal rayonunda da dəyəri milyonlarla ölçülən iri obyektləri var. Bu obyektlərdən biri hazırda klinika kimi fəaliyyət göstərir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İsmayıllı və Bərdə rayonlarında da xeyli sayda obyektlərinin olduğu məlumdur.

Qeyd edək ki, Coşqun Əliyev 2023-cü ilin dekabr ayının 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Coşqun Əliyevin pedoqoji fəaliyyətlə heç bir bağlılığı olmadığı halda, onun regional təhsil idarəsinə müdir təyin olunması bir sıra ciddi şübhəlırə yol açır.

Maraqlıdır ki, Coşqun Əliyevin bioqrafiyası barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi saytında da heç bir məlumata rast gəlinmir.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində 409 təhsil müəssisə fəaliyyət göstərir.

 

0.032635927200317