Tibbi maska rejimi yenidən qayıdır? - AÇIQLAMA

Tibbi maska rejimi yenidən qayıdır? - AÇIQLAMA
 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Azərbaycanda yenidən tibbi maska tələbənin yenidən tətbiq ediləcəyi barədə iddialara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, son beş-yeddi ildir, qış aylarında yuxarı tənəffüs yolları xəstəliklərinin artması müşahidə olunur:

Koronavirisun ikinci dalğası payız və qış mövsümündə olacaq” - Deputat  Pravda.az

“Xüsusən, şəhərlərdə sıxlıq artır, insan məskənlərində təmərküzləşmə gedir, iqtisadiyyat inkişaf etdikcə urbanizasiya prosesi sürətlənir. Hətta 10 il bundan öncə Yaponiyada, Çinin özündə, daha böyük meqapolislərdə, Tailandda maskalardan istifadəni görürdük. Sonradan koronavirus pandemiyası ilə əlaqədar tibbi maska məcburi hal aldı. Bir tibb işçisi, o cümlədən qanunvericilik orqanının nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi insanlarımızın maariflənməsi baxımından tövsiyə vermək istəyirəm. Pandemiyadan söhbət getmir, hazırda qızılca virusu da yayılıb. Əgər yoluxucu xəstəliklər varsa, qrip virusu geniş yayılıbsa, heç bir inzibati tədbir görülmədən də sıx kütləvi məkanlarda yoluxma riski varsa, yaxud insan özü xəstədirsə, yoluxubsa, soyuqdəyməsi varsa, onun digər insanları qorumaq məqsədilə maskadan istifadə etməsi məqsədəmüvafiqdir. Amma hazırda Azərbaycanda epidemioloji vəziyyət elə bir səviyyədədir ki, hansısa inzibati, yaxud məcburi maska taxmağa ehtiyac yoxdur”.

 

0.024789810180664