ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir

ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir
 

ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir.

Bu barədə “Deathpenaltyinfo.org” portalı məlumat yayıb.

Belə ki, 1976-cı ildən 2024-ci ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib.

Cəzaların 1402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir - hər biri 3 halda.

Təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.
Edam edilən ştatların sayına görə isə Texas 586 nəfərlə liderlik edir.

Qeyd olunub ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

Eyni zamanda 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.

0.012676000595093