Azərbaycanlı kriminal avtoritet ABŞ-yə ekstradisiya edilib
Kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya edilib.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.
Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.
Çex Respublikasının ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-yə ekstradisiyası haqqında qərar imzalamışdı.