Avropalılar SSRİ bayrağını qaldırıb Putinə müraciət etdilər

Avropalılar SSRİ bayrağını qaldırıb Putinə müraciət etdilər
 

Polşanın Qojiçkidə bölgəsində yerli fermerlər etiraz aksiyası keçiriblər. Onlar 100-dən çox təsərrüfat traktoru ilə A1 avtomobil yolunu bağlayıblar. 

Ölkə.Az xəbər verir ki, aksiya iştirakçıları diqqət çəkən plakat qaldırıblar.

Plakatda yazılıb: “Putin, Ukrayna, Brüssel və bizim hökumətin də məsələsini həll et”.

Aksiyada digər məqam isə aksiya iştirakçılarının traktorlarından SSRİ bayrağını qaldırmaları olub.

Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kiervinski bildirib ki, mübahisə doğuran plakatlar dərhal götürülərək polisə təhvil verilib.

"Polis və prokurorluq onun müəllifinə qarşı tədbir görür. Bu cür cinayət əməllərinə göz yumulmayacaq", - nazir X (tvitter) mikrobloqunda yazıb.

Polis Cinayət Məcəlləsinin 256-cı maddəsinin 1-ci bəndi (faşist və ya digər totalitar dövlət quruluşunun ictimai təbliğatı və ya milli, etnik, irqi və ya dini fərqlərə görə nifrətin qızışdırılması) üzrə hərəkətlərin aparılması barədə məlumat verib .

Mürtəza
Ölkə.Az

 

0.011468172073364