156 saylı Məktəbin direktoru: “Şagirdin dediyinə görə, zarafat edib” – Video
Bakıda məktəblilərin zorakılığını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova yerli televiziya kanallarına verdiyi açıqlamada hadisəni törədən şagirddə hər hansı psixoloji problem hiss etmədiklərini bildirib.
O qeyd edib ki, Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb:
“Şagirdin dediyinə görə, zarafat etmək məqsədilə edib və çox peşmandır”.