Avropada Məhkəməsindən islamafob qərar: etiraz rədd edildi

Avropada Məhkəməsindən islamafob qərar: etiraz rədd edildi
 

Belçikanın əmək məhkəməsi Brüssel Bələdiyyəsinin hicaba görə işə götürməkdən imtina etdiyi qadının etirazını qəbul etməyib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsinin qərarına istinad edərək qadına qarşı ayrı-seçkiliyə məruz qalmadığına qərar verib.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayında hicaba görə Brüssel Bələdiyyəsinə iş müraciəti qəbul edilməyən qadın ayrı-seçkiliyə məruz qaldığı səbəbilə məhkəməyə müraciət edib.

Brüssel Birinci İnstansiya Mülki Məhkəməsində baxılan işdə bələdiyyə 2022-ci ilin dekabrında haqlı görülüb.

İddiaçı daha sonra 2023-cü ilin yanvarında Brüssel Əmək Məhkəməsinə müraciət edib.

Aİ Ədalət Məhkəməsi 28 noyabr 2023-cü il tarixində qərar verib ki, üzv ölkələrin dövlət idarələri işçilərin iş yerlərində dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.

Günay

 

0.013392925262451