3 günlük yeni doğulan körpə hamını heyrətə gətirdi
Körpələr ilk doğulanda məhdud əzələ qabiliyyətinə malikdirlər. Zamanla öz ətrafında sürünüb dönə bilirlər. Lakin ABŞ-nin Pensilvaniya ştatında Nyilah Daise Tzabarin adlı körpə cəmi 3 günlük olmasına baxmayaraq 3 aylıq körpə kimi davranıb.
Ölkə.Az “Yasemin” jurnalına istinadla xəbər verir ki, o, cəmi üç gün sonra başını qaldırıb və sürünməyə başlayıb.
Nyilah xəstəxana çarpayısında üz üstü uzanarkən anası həmin anı kameraya çəkib. Kadrlarda körpənin fırlandığı, şirin səslər çıxardığı və ətrafa maraqla baxarkən başını qaldırdığı görünür.
Bu vəziyyət çoxumuz üçün qeyri-adi olsa da, həkimlər bunun çox yayğın bir vəziyyət olduğunu bildirirlər.
Günay