Madonna səhənədə yıxıldı - VİDEO

Madonna səhənədə yıxıldı - VİDEO
 

Müalicəsindən sonra dünya turnesinə Londonda başlayan məşhur müğənni Madonna yenidən musiqisevərlərlə görüşüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, müğənni səhnədə bədbəxt hadisə ilə üzləşib.

ABŞ-nin Sietl şəhərində konsert verən müğənni "Open Your Heart" mahnısı zamanı stulda əyləşib və rəqqas onu özünə doğru çəkməyə çalışıb.

Müğənnini çəkən rəqqas büdrəyib və hər ikisi yerə yıxılıb. O, yıxıldığı yerdən qalxaraq mahnısına davam edib.

Madonnanın səhnədəki peşəkarlığı yüksək qiymətləndirilib.

Günay

 

0.015607118606567