Müəllim şoka düşdü, "fəxr edirəm" dedi, gündəm oldu - VİDEO
"Bu məktəbdən kənarda olan hadisədir. Ömür boyu bizim məktəbin içərisində belə bir hadisə olmayıb".
Paralel.az xəbər verir ki, bu sözləri 156 nömrəli məktəbin qadın müəllimlərindən biri AzTV-yə açıqlamasında deyib. Sözügedən təhsil müəssisəsinin 11-ci sinif şagirdinin müzakirələrə səbəb olan hərəkətindən danışan müəllim həmin şagirdi də tanıdığını söyləyib:
"Orada olanlardan yalnız bir qız bizdə oxuyur. O qızda bu vaxta qədər nəinki belə bir hadisə, cüzi də olsa, mənfi bir şey görməmişəm. Biz özümüz şokdayıq. 36 ildir, bu məktəbdə işləyirəm, birinci dəfədir, belə bir hadisə ilə üzbəüz oldum, amma fəxr edirəm ki, heç olmasa, ən azından bu bizim məktəbin həyətində, məktəbin daxilində demək olar, məktəbə aid yerdə olmayıb".
Müəllimin "fəxr edirəm ki, hadisə bizim məktəbdə olmayıb" sözü birmənalı qarşılanmayıb. Onun çıxışını tənqid edənlərlə yanaşı, "şükür edirəm" əvəzinə yanlış ifadə seçdiyini yazanlar da olub.
Həmçinin qeyd edilib ki, sözügedən qızın bibisi də əvvəllər məktəb direktoru olub.