Zelenskidən Polşaya sərt reaksiya: Olmaz, adi bir şey deyil

Zelenskidən Polşaya sərt reaksiya: Olmaz, adi bir şey deyil
 

Ukrayna prezidenti Volodimir Zelenski Polşa ilə sərhəddə yaranan böhranı həmrəyliyin aşınmasını kimi dəyərləndirib.

Ölkə.Az xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində baş verənləri Varşavanın yanlış siyasəti kimi qiymətləndirib.

"Qərb sərhədimizdə - Polşa ilə sərhədimizdə baş verənləri normal və ya adi bir şey kimi qəbul etmək olmaz. Bizə sadə və başa düşülən ədalət lazımdır. Kənd təsərrüfatı məhsullarımızın yalnız 5%-i Polşa sərhədindən keçir", - Zelenski deyib.

Zelenski bildirib ki, sərhəddə yaranan taxılla bağlı deyil, daha çox siyasətlə bağlıdır. Ona görə də Polşa və Avropanın taleyindən narahat olan hər kəslə ümumi rasional həll yolları tapmaq lazımdır.

"Polşa ilə sərhəddən gələn xəbərlər sadəcə istehzalı görünür", - Zelenski qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.011618137359619