Mart ayı bu 4 BÜRCƏ xoş günlər vəd edir
Mart ayının ən şanslı bürcləri açıqlanıb. Astroloqların fikrincə gələn ay bu bürclərin gözləri pulla, qəlbləri isə sevgi ilə dolacaq.
Mart ayında hər cəhətdən şanslı olacaq 4 bürcü təqdim edir:
Buğa
Buğa bürcü üçün mart ayı maliyyə baxımından kifayət qədər məhsuldar ola bilər. Onlar öz sərmayələrindən yaxşı gəlir əldə edə və maliyyə vəziyyətlərini gücləndirə bilərlər. Xüsusilə bizneslə bağlı imkanlar və qazanclar ön plana çıxa bilər.
Martın 6-dan sonra onlar daha emosional, həssas və dərin olacaqlar. Buğalar gözlənilməz bir sevgi fürsəti ilə qarşılaşa və ya mövcud münasibətlərində daha dərin bağlar yarada bilərlər.
Şir
Şir bürcləri üçün mart ayı müsbət maliyyə yenilikləri gətirə bilər. Yeni iş imkanları, artan gəlir və gözlənilməz qazanclar ola bilər. Xərclərini nəzarətdə saxlamaqla maddi durumlarını gücləndirə bilərlər.
Tərəzi
Tərəzi bürcləri üçün mart ayı müsbət maliyyə xəbərləri gətirə bilər. Onlar investisiyalarından yaxşı gəlir əldə edəcəklər. Diqqətli yanaşma ilə maddi vəziyyətlərini gücləndirə bilərlər.
Bu ay həm də Tərəzilər üçün romantika və münasibətlərdə tarazlığı saxlamaq dövrü olacaq. Xüsusən də ayın 18-dən sonra gözlənilməz dava-dalaşlar olsa da, bu sizin sevginizi daha da gücləndirəcək.
Oxatan
Oxatan bürcü üçün mart ayı maddi cəhətdən aktiv və gəlirli ola bilər. Yeni iş imkanları, artan gəlir və gözlənilməz qazanclar ola bilər. Gələcəklə bağlı planlar quraraq maddi vəziyyətlərini gücləndirə bilərlər. Oxatanlar həmçinin yazın gəlişi ilə gözlənilməz evlilik təklifi ala, toy edə bilərlər.
© BAKU.WS