Yəmənli general Misirdə ölü tapıldı

Yəmənli general Misirdə ölü tapıldı
 

Yəmən Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydi Misirin paytaxtı Qahirədə öz mənzilində ölü tapılıb.

“AA" xəbər verir ki, Ubeydinin əllərinin qandallı və bədənində çoxlu bıçaq yaralarının olduğu bildirilib.

Yəmən səfirliyi “X” sosial media platformasında hadisə ilə bağlı açıqlama verib.

“Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydinin ölümünü böyük maraq və narahatlıqla izləyirik. Qətllə bağlı Misir təhlükəsizlik orqanları ilə araşdırmaları davam etdiririk".

Hadisə ilə bağlı Misirdən hələlik rəsmi açıqlama verilməyib.

 

 

0.015039920806885