Navalnının cəsədi tapıldı - Həbsxanadan 36 km kənarda

Navalnının cəsədi tapıldı - Həbsxanadan 36 km kənarda
 

Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi, nəhayət ki, tapılıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, onun cəsədi həbsxanadan 36 kilometr aralıda tapılıb.

Navalnının cənazəsi hələ də ailəsinə təhvil verilməyib.

Rusiyada siyasi və sosial mövzular nəşr edən “Novaya Gazeta Europa”da yer alan xəbərə görə, Navalnının cəsədi həbs müddətinin davam etdiyi “Qütb canavarı” koloniyası kimi tanınan Yamal-Nenets həbsxanasından təxminən 36 km aralıda, Salehard xəstəxanasının morqunda tapılıb.

Onun bədənində sərtləşməylə bağlı çürüklər olduğu bildirilib.

 

0.026925086975098