Təşkilat sədri: Prezidentin səsləndirdiyi fikirlər gənclər üçün konseptual "yol xəritəsi"dir

Təşkilat sədri: Prezidentin səsləndirdiyi fikirlər gənclər üçün konseptual
 

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlər milli tərəqqinin yeni dövründə gənclərin inkişafı üçün konseptual yol xəritəsi təqdim edərək onları ruhlandırır.

Bu barədə "Report"a açıqlamasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışında da qeyd etdiyi kimi, gənclərin yeni dövrdə milli və vətənpərvər ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi ölkənin inkişafı və onların bilavasitə hərəkətverici qüvvə kimi beynəlxalq dialoqlarda fəal iştirakı üçün vacibdir: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təsis olunması və mənzil-qərargahının Bakı şəhərində yerləşməsi ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, bu siyasətin bilavasitə iştirakçısı olan Azərbaycan gəncliyinin uğuru idi. İnanıram ki, yeni dövrdə də Azərbaycan gəncliyi Prezident İlham Əliyevin müvafiq tövsiyə və çağırışlarına uyğun olaraq ölkəmizin inkişafı üçün böyük işlər görəcək. Mən də bir gənc olaraq bu şanlı tarixin bir parçası olmaqdan qürur duyuram".

O.Qəhrəmanzadə bildirib ki, Qoşulmama Hərəkatına üzv 18 ölkədən 19 gənc nümayəndə beynəlxalq müşahidəçi qismində növbədənkənar prezident seçkilərini izləyib: "Onlar prosesi yaxından izləyərək seçkilərin ədalətli və şəffaf qaydada, Qoşulmama Hərəkatının əsas dəyər və prinsiplərinə uyğun olaraq keçirildiyini qeyd etdilər. Növbədənkənar prezident seçkiləri QHGT-nin Qoşulmama Hərəkatına üzv ölkələrdə ilk uğurlu beynəlxalq müşahidə missiyası olaraq da tarixə keçdi".

 

0.021302938461304