Türkiyədən Dudayevin qohumları ilə bağlı xəbərə rəsmi REAKSİYA 

Türkiyədən Dudayevin qohumları ilə bağlı xəbərə rəsmi REAKSİYA 
 

Türkiyə çeçenlərin deportasiyası ilə bağlı nəşrləri təkzib edib.

Paralel.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Respublikada yaşayan çeçen müxalifətçilərin və yaraqlıların qohumlarının, o cümlədən Cövhər Dudayevin qardaşı oğlu, 18 yaşlı Mansur Dudayevin “deportasiya planları” barədə xəbərlərin doğru olmadığını bəyan edib.

Şöbə nəşrləri və fotoşəkilləri həqiqətə uyğun olmayan adlandırıb.

Xatırladaq ki, fevralın 16-da Türkiyə mətbuatında “çeçen qaçqınların deportasiyası planları” və onların saxlanması ilə bağlı xəbərlər yayılıb. Müxalifətdən olan deputat Səlcuk Özdağ Türkiyə parlamentini bu nəşrləri araşdırmağa çağırıb, ona deportasiya mərkəzlərini ziyarət edəcəyini vəd edib.

Cövhər Dudayev İçkeriyanın ilk prezidenti olub (1991-1996), Çeçenistanın SSRİ-dən ayrılması hərəkatına rəhbərlik edib və Birinci Çeçenistan Müharibəsi zamanı ali baş komandan olub.

 

0.014681816101074