Hədiyyə almayan qadın intiqam aldı - VİDEO

Hədiyyə almayan qadın intiqam aldı - VİDEO
 

Qadın Sevgililər günündə ona hədiyyə amayan sevgilisindən intiqam alıb.

"Paralel.az" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videonun hansı ölkədə çəkildyi məlum olmasa da, qısa zamanda viral olub.

Belə ki, qəzəbli qadın qışqıraraq sevgilisi olduğu zənn edilən mənzil sahibini təhqir edib, mebellərin çoxunu dağıdıb və əşyaları evin hər yerinə səpələyib.

Etdikləri ilə hirsi soyumayan qadın mətbəxdəki yeməkləri yerə töküb, hər tərəfi çirkləndirib.
O, bundan əlavə, yataq otağında çarpayının başlığını sındırıb, çarpayıya və xalçaya qırmızı boya töküb, yorğan və yastıqlardan çıxarılan lifləri və çarpayıdan kəsilmiş parçaları otağın hər yerinə səpələyib, hamamda suyu açıq qoyub.

Videonu izləyən sosial şəbəkə istifadəçilərindən biri görüntülərə əsasən, dəymiş zərəri hesablamağa çalışıb:

"Mən bərpa şirkətində işləyirəm, suyun hara axmasından asılı olaraq ziyanın həcmi 50 min dollardan çox başa gələ bilər".

 

0.011689901351929