Hədiyyə verilən qızıllar boşanma zamanı tərəflər arasında bölünə bilərmi?

Hədiyyə verilən qızıllar boşanma zamanı tərəflər arasında bölünə bilərmi?
 

Təəssüf ki, boşanmalar zamanı tərəflər arasında mübahisə mövzusu olan məsələlərdən biri də ərlə-arvadın bir-birinə verdiyi hədiyyələrdir.

Paralel.az xəbər verir ki, ayrılıq zamanı tərəflər hədiyyə edilmiş qızılların qaytarılması tələbi ilə çıxış edirlər.

Bəs zinyət əşyaları ortaq mülkiyyət sayılırmı və tərəflər arasında bölünə bilərmi?

Mövzuya aydınlıq gətirən hüquqşünas Vamiq Şükürov vəziyyəti qanunvericiliklə belə izah edib:

"Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir(ər-arvadın hər birinin əmlakıdır). 

Yəni qadın və ya kişi evlənərkən onlara hədiyyə edilmiş qızıllar onların hər birinin ayrıca mülkiyyəti sayılır. Bu o deməkdir ki, bu əmlak ər-arvad arasında bölünə bilməz. 
Məhkəmə təcrübəsində ər-arvadın qarşılıqlı razılıqları əsasında satılaraq birgə ailə ehtiyaclarına sərf edilmiş qızıl-zinyət əşyaları tələb oluna bilməz".

Vəkil bildirib ki, qızılı digər şəxsdən tələb edən şəxs (məsələn, boşandığı ərindən qızılı tələb edən arvad) həmin qızılların mövcud olması və vaxtilə ona hədiyyə verilməsini sübut etməlidir: 

"Bu barədə sübutlar (qızılın verilməsini sübut edən video və ya şəkilləri, səs yazıları və sair) məhkəməyə təqdim edilməlidir".

 

0.02336311340332