Elçindən boşanma xəbərlərindən sonra ilk paylaşım
Müğənni Elçin Cəfərov boşanma xəbərlərindən sonra paylaşım edib.
Sənətçi bununla bağlı instaqramda yazıb:
“Haqqında haradasa danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə”.
Qeyd edək ki, bu gün metbuat.az və qafqazinfo.az saytı Elçinin 14 fevralda Aydan Cəfərovadan boşanması barədə məlumat yayıb. Müğənni isə bizim.media-ya açıqlamasında xəbərin həqiqəti əks etdirmədiyini söyləyib.
7 il evli olan cütlüyün Can adlı oğlu var.