Manaf: “Arvadım deyir ki, "sən görməmişsən”
Müğənni Manaf Ağayev həyat yoldaşı barədə danışıb.
Bakıvaxtı.az verir ki, geyimlərindən söz salan ifaçı, arvadının onun geyimlərinə etiraz etdiyini bildirib.
O, bahalı geyimlər geyindiyini deyib: "Arvadım deyir ki, "sən görməmişsən". Mənim geyimlərdən xoşum gəlir. Sevirəm geyinməyi. Vacib deyil ki, bahalı olsun. Adam var ki, elə kostyuma pul verir, mən onu etmərəm. Çünki o geyimi 2-3 dəfə geyinirəm də, nə dəyər. Ondan sonra da verirəm dostlarıma, qardaşım oğluna, qohumlarıma".