"Cübbeli hoca" Acun Ilıcalını hədəf aldı - VİDEO

 

Türkiyədə “Cübbeli” kimi tanınan din təbliğatçısı Ahmet Mahmut Ünlü Acun Ilıcalını hədəf alıb.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, Emre Dormanın Ramazan ayında "TV8" kanalında proqram aparacağına əsəbiləşib.

Cübbeli sosial media hesabında bununla bağlı video paylaşıb.

"Acun qardaşa deyirəm, bilirsənmi insanları çılpaq halda adalarda toplamaqdan daha böyük günahı Ramazan ayında işlədirsən? Dini inkar edən Emre Dormanın “TV 8”də iftar və sahurda din adına danışması, Acun Ilıcalı üçün axirətdə çılpaqlıqdan daha böyük cəza olacaq”.

Qeyd edək ki, Emre Dorman Fəlsəfə və Din Elmləri sahəsində dosentdir.

 

0.018059968948364