Alimlər puma, pələng və ev pişikləri arasında qeyri-adi oxşarlıq tapıblar
Miçiqan ştatının Oakland Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, vəhşi pişiklər onlara qulluq edən insan səslərini başqa səslərdən ayırd edə bilirlər. Əvvəllər yalnız ev pişiklərinin belə qabiliyyətlərə sahib olduğuna inanılırdı.
Qaynarinfo xəbər verir ki, kəşf , heyvanların heyrətamiz qabiliyyətlərinə işıq salır və adətən tək yaşamalarına baxmayaraq, onların sosial bacarıqlarını önə çəkir.
Tədqiqatçılar müəyyən ediblər ki, hətta əldə saxlanılan vəhşi pişiklər də insan baxıcılarının səslərini digər səslərdən ayıra bilirlər. Bu, pişiklərin vəhşi təbiətdəki davranışları üçün vacib ola biləcək müxtəlif tonlar üçün eşitmə inkişaf etdirdiyini göstərir.
Tədqiqat çərçivəsində alimlər qəfəsdə saxlanılan şirləri, boz bəbirləri, qar bəbirlərini, servalları və digər ekzotik pişik növlərini tədqiq ediblər. Səs yazılarından istifadə edərək, heyvanların tanış və tanımadığı insan səslərinə reaksiyalarını yoxlayıblar.
Tədqiqatın nəticələri göstərib ki, pişiklər tanımadığı səslərə nisbətən tanış səslərə daha aktiv və intensiv reaksiya verirlər. Bu, həm vəhşi doğulmuş, həm də "ev şəraitində” doğulmuş fərdlərə aiddir.
Professor Cennifer Vonk qeyd edib ki, vəhşi pişiklərin müxtəlif insan səslərinə köklənmə qabiliyyəti əhliləşdirmənin nəticəsi deyil, daha çox insanlarla müntəzəm ünsiyyətin nəticəsidir. O, həmçinin vurğulayıb ki, tədqiqatın nəticələri vəhşi pişiklər insanlarla kifayət qədər tez-tez təmasda olsalar, onlara şamil edilə bilər.
Tədqiqatın uğurlarına baxmayaraq, onun məhdudiyyətləri var, o cümlədən kiçik nümunə ölçüsü və pişiklərin qəfəsdə saxlandığı şərtlər. Bununla belə, tədqiqatın nəticələri böyük pişiklərin qabiliyyətləri haqqında yeni fikirlər verir.