Beyləqan rayon İmamverdili kənd sakinləri Asif Ağayevin yalanından beziblər - Şikayət
Bir neçə ay bundan öncə Beyləqan rayonunun İmamverdili və Vətəgə kəndi sakinlərinin kənd yollarının dözülməz vəziyyəti barədə etfikləri müraciəti saytımızda dərc etmişdik.
İmamverdili kəndinin 20 nəfərdən çox sakininin imzası ilə redaksiyaya daxil olmuş müraciət əsasında dərc olunmuş həmin yazı saytımızda işıq üzü götdükdən sonra RİH başçı aparatından redaksiyaya heç bir reaksiya bildirilməsə də, sakinlərin dediyinə görə, RİH Ərazi İdarəetmə orqanları şöbəsinin müdiri İmamverdili kənd Ərazi nümayəndəsinə zəng edib, bu tip yazıların mediada işıqlandırılmasına yol verilməsinə narazılığını bildirmişdi.
Kənd sakinlərinin müraciətlərində qeyd etdiklərinə görə, İmamverdili və Vətəgə kəndlərinin sakinləri Beyləqan RİH başçısı Asif Ağayevin rayonda çalışdığı 2018 - 2023 illərdə, son beş il ərzində 5 dəfə kənd əhalisi ilə görüşə gəldiyi və kənd sakinlərinə kənd yolunun tezliklə təmir olunacağına 5 dəfə söz verdiyini qeyd ediblər. İmamverdili və Vətəgə kəndlərinin yolu cəmi 5-6 km-dir. Kəndlərdə nəinki avtomobillərin, heç piyadaların, məktəblilərin məktəbə getməsi belə mümkün deyil, kəndlərin yolu keçilməz bataqlığı xatırladır.
Kənd sakinləri rayon rəhbərlərinin yalan vədindən o qədər beziblər ki, artıq tez-tez redaksiyamıza zəng edib, icra başçısı Asif Ağayevin və Yol İdarəsinin müdiri Füzuli Quliyevin cənab Prezident tərəfindən nə zaman vəzifədən azad olunacaqlarını redaksiyadan soruşurlar.
Yazını kənd sakinlərinin müraciəti əsasında hazırladı: Akif Nəsirli