Görüntülər və dialoqlar qalmaqal yaratdı: Türkiyədə qurum hərəkətə keçdi - VİDEO
Türkiyədə Saba Tümerin təqdimatında yayımlanacaq “Aşk adası” adlı yarışmasına qarşı Radio və Televiziya Üst Şurası (RTÜK) ilkin araşdırma aparır.
Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə RTÜK-ün sədri Ebubekir Şahin “X” hesabında bildirib.
"Bəzi mətbuat orqanlarında, xüsusən də sosial mediada müzakirə olunan “Aşk adası” adlı yayımıyla bağlı lazımi ilkin araşdırma Ali Şuramız tərəfindən aparılıb.
Proqram treylerinin sözügedən rəqəmsal yayımçının xəbəri olmadan istehsalçı şirkətin öz internet saytından icazə almadan yayımlandığını müəyyən edilib.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, sosial və mədəni dəyərlərimizə uyğun gəlməyən heç bir istehsala icazə verməyən RTÜK məsələni yaxından izləyir”.
Treylerdə bir qadın yarışmacının villaya girərkən “Sevgi istəyirəm, sevgi istəyirəm, kişi istəyirəm” deməsi də diqqət çəkib. Kişi və qadınların cütlük olacağı verilişdə müxtəlif oyunlar oynanılacaq və tərəfdaşını tapa bilməyənlər mübarizədən kənarlaşdırılacaq.