“Açıq mikrofon” aksiyası 110 sakini olan Aşağı Apu kəndində baş tutdu
“Açıq mikrofon” aksiyası 110 sakini olan Aşağı Apu kəndində baş tutdu
"Paralel.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Lənkəran şəhərində təşkil olunub. 21 evdən ibarət olan Aşağı Apu kəndinin 110 sakini adından isə cəmi 6 sakin çıxış edib. Mikrofon önünə çıxanların yeganə istəyi adıçəkilən kəndin mavi yanacaqla təmin edilməsi olub. Lənkəran RQİİ-nin rəisi kənd camaatının müraciətinə cavab olaraq bildirib ki, SOCAR-ın “Azəriqaz” İB-nin ölkə ərazisində apardığı qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Aksiyada ünvanlanan eyniyönümlü 6 müraciətin hər biri qeydiyyata alınıb.