Azərbaycanlı müğənni Türkiyədə ərə getdi

Azərbaycanlı müğənni Türkiyədə ərə getdi
 

Müğənnilik fəaliyyətini dayandıran Lamiyə Novruzova ailə həyatı qurub.

OLAY yazır ki, o, bu gün Türkiyədə evlənib. Novruzova su idman növü ilə məşğul olan türk vətəndaşı Uğur Piro ilə nikah bağlayıb. Sosial media hesabında nikahdan görüntülər paylaşan ifaçı “Evlilik günümüz mübarək, eşqim” şərhini yazıb.

Qeyd edək ki, 38 yaşlı keçmiş müğənni bir zamanlar “Bilirəm gələn deyilsən” adlı ifası ilə tanınırdı. 

 

0.072200059890747