Nərimanov məktəblərinin reytinqi - Hansı daha yaxşıdır? - SİYAHI
Ölkə.Az "məktəblərin reytinqi" adlı rubrikada bu dəfə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən məktəblər haqqında məlumatları bir araya toplayıb.
İnformasiyalar Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin saytında məktəblər barədə yerləşdirilən rəsmi bilgilərə əsaslanır.
Nərimanov rayonu ərazisində ümumilikdə 19 ümumi təhsil müəssisəsi yerləşir. Onlardan 17-si tam orta məktəb, 2-si isə məktəb-liseydir.
Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəb
1959-cu ildə istifadəyə verilib. Təhsil alanların sayı 589 nəfərdir. Məktəbdə çalışan müəllimlərin sayı 81, fəxri ad qazanan müəllimlərin sayı 2 nəfərdir. Təhsil müəssisəsinin məzunlarının çoxu tələbə adını qazanıb, ali məktəblərə qəbul olunublar.
Statistika barədə dəqiq rəqəmlər göstərilməyib.
36 nömrəli tam orta məktəb
1930-cu ildə inşa edilib. 978 şagird təhsil alır. Məktəbdə "Əməkdar müəllim" adına layiq görülmüş insanlar fəaliyyət göstərir. Müəllimlərindən biri "İlin ən yaxşı müəllimi" adına və "Tərəqqi medalı"na layiq görülüb. 5 nəfər müəllim "İlin ən yaxşı yüz müəllimi" müsabiqəsinin qalibləridir. 4 nəfər müəllim "Qabaqçıl Təhsil İşçisi" layiq görülüb.
Şagirdlərin uğurları barədə məlumatlar qeyd edilməyib.
Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəb
1956-ci ildən fəaliyyət göstərir. 741 şagird təhsil alır.
Müəllim və şagirdlərin nailiyyətləri haqqında məlumatlar qeyd edilməyib.
Rafiq Nəsrəddinovun adına 39 nömrəli tam orta məktəb
1959-cu ildən fəaliyyət göstərir, 1038 şagird təhsil alır. Prezidentin 2013-cü il tarixli Sərəncamına əsasən, 39 nömrəli tam orta məktəb 2012-2013-cü il dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Təhsil müəssisəsi 2016-cı ildə təhsil işçilərinin ənənəvi sentyabr konfransında BŞTİ tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, yüksək nailiyyət əldə etdiyi üçün Fəxri fərmanla təltif edilib.
2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “İKT-İRS” lahiyəsi ilə qalib olub.
45 nömrəli tam orta məktəb
1963-cü ildən fəaliyyət göstərir. 1674 şagird təhsil alır. 2012-cu ildə Prezidentin sərəncamı ilə məktəb “İlin məktəbi” müsabiqəsinin qalibi olub.
Şagirdlərin uğurları barədə məlumatlar qeyd edilməyib.
47 nömrəli tam orta məktəb
1953-cü ildən fəaliyyət göstərir. 2009-cu ildə "İlin məktəbi" müsabiqəsinin qalibi olub. Azərbaycan və rus dilində fəaliyyət göstərir. 1637 nəfər şagird təhsil alır.
Şagirdlərin və məktəbin uğurları barədə məlumatlar qeyd edilməyib.
Tahir Həsənov adına 57 nömrəli tam orta məktəb
Əsası 1930-cu ildə qoyulub. 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır. Müəllimlərindən biri “Əməkdar müəllim”adına layiq görülüb, digəri “Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif olunub.
Şagirdlərin uğurları barədə məlumatlar qeyd edilməyib.
73 nömrəli tam orta məktəb
1975-ci ildə tikilib, 750 yerlikdir. 500-dən yuxarı balla ali məktəblərə qəbul olan məzunları var. 2022-2023-ci dərs ilinin I yarımilinin əvvəlində məktəb şagirdlərinin sayı 949-dur.
Şagirdlərin və məktəbin uğurları barədə məlumatlar qeyd edilməyib.
82 nömrəli tam orta məktəb
1966-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1593 nəfər şagird təhsil alır. Məktəbdə 1 nəfər "Əməkdar müəllim" və 1 nəfər "Tərəqqi medalı"na layıq görülmüş müəllim var. 2011-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olub.
Ali məktəblərə qəbulun göstəricilərinə görə də 82 nömrəli tam orta məktəb ön sıralardadır.
Dəqiq statistika göstərilməyib.
E.Əliyev adına 93 nömrəli tam orta məktəb
1963- cü ildən fəaliyyətə başlayıb. 1027 şagird təhsil alır.
Şagirdlərin və məktəbin uğurları barədə məlumatlar qeyd edilməyib.
177 nömrəli tam orta məktəb
1933-cü ildə tikilib. 2010-cu ildə Prezidentin sərəncamına əsasən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. 2023-2024-cü tədris ilində şagird sayı artaraq məktəbdə 1533 şagird 51 sinifdə komplekləşib. Tədris Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin təlim tərbiyəsi ilə 93 pedaqoji işçi məşğul olur. "Əməkdar müəllim", "Qabaqcıl təhsil işçisi" adına, “Tərəqqi medalı”na layiq görülmüş müəllimləri var. “Sabahın alimləri" Respublika Müsabiqələrində iştirak edən şagirdləri gümüş və qızıl medallara layiq görülüblər.
Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb
Əsası 1970-ci ildə qoyulub. 1138 şagird təhsil alır.
Şagirdlərin və məktəbin uğurları barədə məlumatlar qeyd edilməyib.
M.Şəhriyar adına 193 nömrəli tam orta məktəb
1930-cu ildə tikilib. Prezidentin 2011-ci il tarixli Sərəncamı ilə “50 Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qalibi olub. Müəllimlər arasında "Tərəqqi medalı" ilə təltid edilmiş,"İlin müəllimi" müsabiqəsinin qalibi olmuş, "Elmlər namizədi" olan müəllimlər var. 1594 şagirdi var.
Şagirdlərin uğurları barədə məlumatlar qeyd edilməyib.
Alı Mustafayev adına 202 nömrəli tam orta məktəb
1937-ci ildə inşa edilib. 750 yerlikdir.
Məktəbdə "İlin ən yaxşı fənn müəllimi", "Qabaqcıl Təhsil İşçisi" döş nişanı," Tərəqqi" medalı ilə təltif olunmuş müəllimlər fəaliyyət göstərir.
2014-cü ildə XI sinfi bitirmiş şagirdlərimizdən 3 nəfəri 500 baldan yuxarı, 4 nəfəri isə 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olub.
Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb
Əsası 1960-cı ildə qoyulub, 989 şagird təhsil alır. 2011-ci ildə "İlin məktəbi" seçilib.
Şagirdlərin uğurları barədə məlumatlar qeyd edilməyib.
Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb
1963-cü ildən fəaliyyət göstərir. 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. 2023-2024-ci tədris ilinin əvvəlində komplektləşdirilmiş 80 sinifdə 2334 şagird təhsil alır. Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllimi “, 2 nəfəri “Qabaqcıl təhsil işçisi “, 1 nəfər “ Tərəqqi” medalı və 2 nəfər “ Fəxri fərman” la təltif edilib.
Məktəbin məzunları hər il yüksək nəticələrlə respublikamızın və dünyanın nüfuzlu ali məktəblərinə daxil olurlar. 2018-2019-cu tədris ilində məktəb üzrə ən yüksək nəticə göstərmiş məzunu 671 balla universitetə qəbul olub.
Məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərirlər.
Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb
1974-cü ildən fəaliyyət göstərir. 2010 və 2015- ci illərdə Prezident İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı məktəbi ” müsabiqəsinin qalibi olub. 2023-2024-cü dərs ilində təhsil müəssisəsində 2400 şagird təhsil alır.
Son 5 ildə 21 nəfər 11- ci sinif şagirdlərindən 600-dan yuxarı bal toplayıb, 72 nəfər 500-dən yuxarı bal toplayaraq, ölkəmizin və xarici dövlətlərin ali məktəblərinə qəbul edilib.
Bir şagird 700 balla Dövlət İdarəçilik Akademiyasına qəbul edilib, 4 nəfər şagirdi isə müxtəlif illərdə Prezident təqayüdünə layiq görülüb.
2023-cü ildə bir məzunu 675 balla universitetə qəbul olub.
"eTwining" beynəlxalq layihəsində bizim şagirdlər fəal iştirak edib ( ingilis dili) , nəticədə 2020 və 2021-ci illərdə davamlı olaraq həmin beynəlxalq müsabiqəsində məktəb qalib olub.
2022-2023 -cü dərs ilində 18 şagird müxtəlif yarışların, müsabiqələrin I-II yer tutaraq qalibləri olub. 7 nəfər şagir beynəlxalq yarışlarda birincilik əldə edərək , Azərbaycan Bayrağını həmin ölkələrdə ucaldıblar.
Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyi
1994-cü ildən fəaliyyət göstərir. Azərbaycan və rus bölmələri var.
Liseydə 3 nəfər Əməkdar müəllim, 3 nəfər Qabaqcıl Təhsil işçisi adına, 1 nəfər "Tərəqqi" medalına layiq görülmüş müəlim tədris aparır. Müəlllimlərimizdən 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.
2007-2008 və 2013-2014-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. 1998-2023-cü illər ərzində liseyin 200-ə qədər məzunu 600-dən yuxarı bal toplayaraq respublikamızın, eləcə də xarici ölkələrin müxtəlif nüfuzlu ali məktəblərinə qəbul olub. 20-dən çox şagirdimiz müxtəlif illərdə ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladığı üçün Prezident təqaüdünə layiq görülüb. Lisey onbirillik və doqquzillik buraxılış imtahanlarının nəticələrinə, ali məktəblərə qəbul göstəricilərinə görə ölkə üzrə ilk sıralardadır.
Şagirdləri "Sabahın alimləri", "Ən yaxşı təqdimat", "Fənn müsabiqələri", "Lütfizadə adına Məntiq Olimpiadası" və digər müsabiqə və layihələrində qalib olub, ölkəmizi beynəlxalq səviyyədə təmsil ediblər, 2011, 2013-cü illərdə iki dəfə "İNEPO" Beynəlxalq Layihəsində qızıl və bürünc medallara layiq görülüblər.
2011-2012-ci tədris ilində "SPARE" Beynəlxalq Məktəbli layihəsində bir şagirdimiz qalib olub. 2017-ci il də Hollandiyada XIV Beynəlxalq Gənclər Elm Olimpiadasında dünyanın 50 ölkəsindən gəlmiş 300-dən çox şagirdlərin arasından fizika, biologiya və kimya fənni üzrə liseyin şagirdi bürünc medala layiq görülüb. 2018-2019-cu tədris ilində IJSO-nun təşkilatçılığı ilə XV Beynəlxalq Gənclər Elm Olimpiadasında liseyimiz bürünc medala layiq görülüb.
2022-ci ildə bir şagirdi "Sabahın alimləri" XI Respublika müsabiqəsinin qaliblərindən olub. 2021-2022-ci tədris ilində bir şagirdi Respublika fənn müsabiqəsində qızıl, bir şagirdi gümüş medal qazanıb. 2021-2022-ci tədris ilində bir şagirdi liseyi qızıl medalla bitirib. 2021-2022-ci tədris ilində 53 nəfər məzunumuzun 52 nəfəri Ali məktəblərə, bir məzunu orta ixtisas təhsil müəssisəsinə qəbul olub. 2 şagird "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət proqramı" üzrə təqaüd qazanaraq nüfuzlu xarici ölkə universitetlərinə qəbul olublar.
2022-2023-cü tədris ilində 2 şagirdi Respublika fənn Olimpiadasının qalibi olaraq qızıl və bürünc, 1 şagirdi Sinqapurda keçirilən SİMOC Olimpiadasında qızıl , 1 nəfər Respublika Fənn Müsabiqəsində bürünc medal qazanıb.
1 nəfər şagirdi liseyi qızıl medalla, 9 illik bazadan 19 nəfər şagirdi qırmızı attestatla bitirib, 11 illik bazadan 11 nəfər şagirdi qırmızı attestatla bitirib.
600 baldan yuxarı 11 nəfər, 500 baldan yuxarı 25 nəfər məzunu olub, bir məzunu Kanadanın McGill Universitetinə qəbul olub.
SASMO Azərbaycan, AMO Azərbaycan üzrə Riyaziyyat olimpiadalarında 100-ə qədər şagirdimiz qızıl, gümüş və bürünc medallar qazanıb.
Bir şagirdi "Əlaçı" intellektual televiziya oyununun qalibi olub, 1 nəfər şagirdimiz İstanbulda HİPPO Beynəlxalq Olimpiadasının bürünc medalını qazanıb, bir şagirdi prezident təqaüdünə layiq görülüb.
Gültəkin Əsgərova adına məktəb-lisey kompleksi
2013-cü ildən məktəb-lisey kompleksi adlanır.
2008-ci ildə "İlin məktəbi" müsabiqəsində qalib gəlib. Son 2 ildə 6 məzun kompleksi qızıl medalla bitirib, 27 məzun 600-dən çox bal toplayıb, 6 məzun prezident təqaüdçüsüdür.
Billurə