Xalq artisti: "Gənclik alimi deyil, cinayətkarları özünə kumir seçirsə..."

Xalq artisti:
 

"Bir vətəndaş kimi şokdayam, hələ özümə gələ bilməmişəm". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva fevralın 13-də paytaxtın Xətai rayonunda baş verən cinayətdən danışarkən deyib. 

Aktrisa bildirib ki, baş verən cinayəti videoya çəkənlər də məsuliyyətə cəlb olunmalıdır:

"Bundan əlavə, ona psixi pozğunluğa görə arayış və sürücülük vəsiqəsi verənlər də məsuliyyətə cəlb olunmalıdır. Bu cəmiyyət hara gedir? Bir cəmiyyətdə ki, gənclik alimi deyil, cinayətkarları özünə kumir seçir, cibində bıçaq gəzdirirsə, sonu da belə olacaq. Yadınızdadırsa, universitetdə buraxılış günü gənclər "vor v zakon"un səsinə yazılmış musiqi sədaları altında rəqs edirdilər. Bax onda artıq cəmiyyətin gələcəyi məlum oldu". 

Aktrisa vurğulayıb ki, bəzi valideynlər övladlarını cəmiyyətə xeyirli insan kimi deyil, özlərinə sərf edən kimi yetişdirir:

"Əgər müəllimə bu gün öz cinayətkar, dəli oğlunun cinayyətini gizlətmək ücün ona dəlilik sənədi alırsa, başqa savadsız insanlardan nə gözləmək olar? Bizim cəmiyyətdə savadlı cahillərin sayı artmaqdadır. Sosial şəbəkələr üfunət iyi verir, gənclik nə dərs alsın?"

 

0.016763925552368