Özündən 13 yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı

Özündən 13 yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı
 

44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya 31 yaşlı azərbaycanlı sahibkar Ruslan Həsənovdan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, Bonya bu haqda instaqramda bildirib:

“Biz daha birlikdə deyilik. Biz Ruslan Həsənovla bir-birimizə böyük hörmətlə yanaşırıq və bizim ayrılığımız mübahisələrlə, satqınlıqla və ya digər səbəblərlə əlaqəli deyil.

Biz son bir neçə ili bir-birimizə sadiq qalaraq keçirdik. Əminəm ki, bu, uzun və gözəl həyatda taleyin bizi tanış etdiyinə görə həmişə şad olacağıq.

Biz bir-birimizdən çox şey öyrəndik. Lakin həyatın indiki məqamında görürəm ki, bu yolun davamını ayrı-ayrı getmək daha yaxşıdır.   

Ümumiyyətlə, insanların bir-birinə rast gəlməsi və sevərək tərk etməsi elə gözəldir ki! Bu, münasibətlərin incəsənətidir – insanlar hətta birlikdə olmadıqda da bir-birini qoruyub saxlaya bilir!”

Xatırladaq ki, daha əvvəl R. Həsənov toy haqda açıqlama verərək onu Azərbaycan ənənələri ilə etmək istədiyini bildirmişdi. 

 

 

0.022789001464844