Xatirə üzr istədi: "əsəbi, emossional halda demişəm"
İnflunser Xatirə Yüzbəyova evində baş vermiş oğurluq hadisəsi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, daha öncə günahlandırdığı psixopedaqoqun oğru olmadığını açıqlayıb.
“Mən əməliyyatımdan öncə evimdən bahalı məhsulların, telefonumun itdiyini paylaşmışdım və psixopedaqoqu, uşaqların müəllimini günahlandırmışdım. Deyim ki, günahkar psixopedaqoq deyil. Həmin xanımın heç bir günahı yoxdur. Mən tamamilə araşdırmamış, əsəbi, emossional bir halda o videoları paylaşmışdım. Şəxsən həmin psixopedaqoqun özündən də üzr istəmişəm. Görüşmüşük, bu məsələni aydınlaşdırmışıq”, - deyə Yüzbəyova bildirib.