Bu dəfə sahibkarlarla görüşdə elm və din xadimlərinin müraciətləri dinlənildi
Bu dəfə sahibkarlarla görüşdə elm və din xadimlərinin müraciətləri dinlənildi
"Paralel.az" xəbər verir ki, Masallı rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda cəmi 7 müraciət ünvanlanıb. Müraciətlərdən 3-ü məscid, 4-ü isə məktəblə bağlı olub. Elm və din adamlarının istəkləri isə eyniyönümlü - məktəb və məscidlərin qazlaşdırılması olub. Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavinin də iştirak etdiyi aksiyada ünvanlanan müraciətlərə ətraflı şəkildə izahatlar verilib. Sonda KOBİA-nın nümayəndəsi mikrofon önünə keçərək aksiyanın müsbət tərəflərindən danışıb, hər zaman sahibkarların diqqət mərkəzində olduğunu bildirib. Lənkəran RQİİ-nin rəhbər şəxsləri bəzi müraciətlərin yerində baxılmasına qərar verərək qeydiyyat aparıblar.