WADA 240-dan çox rusiyalı idmançını cəzalandırıb

WADA 240-dan çox rusiyalı idmançını cəzalandırıb
 

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva laboratoriyasının (LIMS) məlumatları və oradan götürülmüş nümunələr əsasında 240-dan çox rusiyalı idmançını cəzalandırıb.

Paralel.az xəbər verir ki, bu barədə WADA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu günə kimi 18 antidopinq təşkilatı 241 sanksiya tətbiq edib:

“Əlavə 41 iş üzrə ittiham irəli sürülüb, 119 iş üzrə istintaq aparılır. Bir sıra digər hallar araşdırılıb, lakin mövcud sübutların olmaması səbəbindən bağlanıb.

Oktyabr ayında Ümumdünya Antidopinq Agentliyinin rəhbəri Vitold Banka Moskva laboratoriyası məlumatlarına əsasən 222 rusiyalı idmançının cəzalandırıldığını bildirmişdi.

LIMS - Laboratoriya Məlumat İdarəetmə Sistemi, 2012-ci ildən 2015-ci ilə qədər olan dövr üçün idmançılar üçün dopinq testlərinin nəticələri ilə bağlı hərəkətləri qeyd edir.

2019-cu ilin yanvarında məlumatlar WADA-ya ötürülüb və təşkilatın ekspertləri dopinq pozuntularını gizlətmək üçün onların manipulyasiya edildiyi qənaətinə gəliblər.

 

0.017330884933472