Qələbin kəndindəki aksiyada yaşanan qələbəliyin səbəbləri
Lerik rayonundan təxminən 50 km uzaqlıqda yerləşən Qələbin kəndinin çətin keçilən relyef şəraitinə baxmayaraq "Açıq mikrofon" aksiyası elan edilən zamanda və məkanda sakinlərin ixtiyarına verilib.
"Paralel.az" xəbər verir ki, 30-dan çox sakin önündə çıxış edən Lənkəran RQİİ-nin rəisi ötən il ərzində Lerik rayonunda 6 aksiyanın keçirildiyini və 40 müraciətin ünvanlandığını bildirdi. Namiq Məmmədov "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi artıq Almu kəndinin qazlaşdırılması istiqamətində mal-materialların gətiriləciyini qeyd edib. Elə bu minvalla mikrofon Qələbin kənd sakinlərinin ixtiyarına verilib. 60-ya yaxın evin sakininin SOCAR-ın "Azəriqaz" İB-yə ünvanladığı müraciət kəndin mavi yanacaqla təmin edilməsi olub. Səslənən müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.