Anasını 192 bıçaq zərbəsi ilə öldürən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ
Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z.M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz.
Qeyd edək ki, hadisə bu ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovaya 192 bıçaq zərbəsi vuraraq çoxsaylı zərbələrlə qətlə yetirib.
Təqsirləndirilən şəxs məktəbli olub.