“Çoxlu pulun xoşbəxtliklə əlaqəsi yoxdur” - Emin Ağalarov

“Çoxlu pulun xoşbəxtliklə əlaqəsi yoxdur” - Emin Ağalarov
 

Xalq artisti Emin Ağalarov dünya ulduzlarının taleyinin ağır olduğunu bildirib.

OLAY yazır ki, bu barədə o, aif.ru-ya danışıb:

“Siz təkcə Preslini deyil, Vısotskini, Merkurini, Lennonu da xatırlaya bilərsiniz. Müslüm Maqomayev 56 yaşında səhnəni tərk edib və son 10 ildə öz mənzilində qapalı vəziyyətdə yaşayıb. Məncə, bunun səbəbi xoşbəxtlik deyildi”.

Sənətçinin fikrincə, musiqiçi nə qədər populyardırsa, bir o qədər az məkanda görünə bilər. Məsələn, məşhur müğənninin sadəcə küçədə gəzməsi çətindir və bundan başqa, Emin hesab edir ki, məşhurluq sənətçinin şəxsi həyatına ziyan vurur. Musiqiçi bildirib ki, pulun xoşbəxtliklə heç bir əlaqəsi yoxdur, çünki müxtəlif dəbdəbəli əşyalar sadəcə gündəlik məsələlərin həlli üçün bir vasitədir:

“Məşhurluq şəxsi həyatınıza zərər verir. Belə insanlar çox vaxt təkdirlər. Çoxlu pulun xoşbəxtliklə heç bir əlaqəsi yoxdur”.

 

0.010693788528442