"O gün Nisə xanımla ilk dəfə namaz qıldıq, mənə hər şeyi öyrətdi" - Hüseyn Cavadzadə
"Nisə xanım hər gün eyni sözü təkrar edirdi: "Hüseyn, sənin hər şeyin var, bircə namazın çatmır". O gün Nisə xanımla ilk dəfə namaz qıldıq, mənə hərşeyi öyrətdi".
Ölkə.Az xəbər verir ki, bu sözləri , "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə deyib. Xalq artistini 70 yaşı münasibətilə təbrik edən H.Cavadzadə onun haqqında film çəkmək istəyini dilə gətirib:
"Namaz öyrədən müğənni...Yəqin ki, belə mövzuları yazmağım heç düzgün deyil. Olduqca şəxsi məsələlərdir. Fotonun 6-7 yaşı var. Bizim Nisə xanımla tanışlığımızın, dostluğumuzun yaşı daha çoxdur. Mən məktəbə erkən yaşda getmişəm, bir sinif digərinə tullanıb həmyaşıdlarımı 3 il qabaqlamış sayılıram. Xatırlayıram, Universitetdə 1-ci kursda oxuyarkən 15 yaşım tamam olmuşdu. Elə 1-ci kursdan qısa müddətdə fəaliyyətə başlamışdım. Günlərin birində verilişə dəvət etmək üçün Nisə xanıma zəng etdim. O gündən əməkdaşlığa başladıq. Düz 5 il durmadan bərabər işlər, layihələr həyata keçirdik. Nisə xanım mənə - uşağa güvənirdi. Mən də bu etimadı qırmayıb böyüklərin edə bilmədiklərini edə bilirdim. Daha sonra iş yollarımız ayrılsa da, hətta arada 3-4 il ünsiyyətimiz soyusa da, bizim ana-bala sevgimiz illərlə əsinmədi. Səmimi deyim, mən böyüdükcə bu balaca qızcığacın çıxardığı bütün "oyunları" kaprizləri anlamağa, içimdə bəraət qazandırmağa başladım. Nə vaxtsa zamanı gələcək bu böyük qadın haqqında olanlardan film çəkəcəyəm. Onda biləcəksiniz özünə "dünyanın zırt-pırtı" deyən biri necə gənc, istedadlı, gözəl qadının həyatını məhv edib. Nə isə.. Bu, ayrı mövzudur. Qayıdım o illərə...
Ailəsində heç bir sənət nümayəndəsi olmayan, müəllim, alim, həkim və s. mühitində böyüyən mənə Nisə xanım hər gün eyni sözü təkrar edirdi: "Hüseyn, sənin hərşeyin var bir namazın çatmır". O günü dəqiq xatırlayıram. Nisə xanımla ilk dəfə namaz qıldıq, o mənə hərşeyi öyrətdi. O gündən bu günədək illərlə mən o yoldan qopmamışam. Ümumən artıq 15 ilə yaxın 1 gün belə namazı, orucu səngitmədiyimə baxmayaraq heç vaxt ramazan, oruc və ya hər hansı dini post paylaşmamışam. Düşünürəm ki, bu, çox şəxsi məsələdir. Amma bu gün bunu paylaşmağın başqa anlamı var. Sənətsəl mühitdə adamların uzaqdan baxıb dəyərləndirməsi bəzən yanlış olur. Kimsə siqaret çəkmir, başqa şey çəkir, kimsə dekolte geyinmir, amma başqa don geyinir. Səhnəmiz belə özü kimi olmayan namus etalonları ilə doludur. Çox şadam ki, məhz Nisə xanım mənə yol göstərən mayak, işıq olub. Bu gün səhnəmizin günəşinin, ömrünün 70-ci ləyaqətli ili tamam olur. Əziz Nisə Qasımova, təbrikimi, sevgimi qəbul edin. Musiqimizə töhfənizi təəsüf ki, heç nə ilə ödəyə bilmərik".
Billurə