“Mənə təbrik yazmayın!” - Cavidan Novruz

“Mənə təbrik yazmayın!” - Cavidan Novruz
 

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavindan Novruz sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. O ata itkisinin acısını yaşadığını qeyd edib.

 Lent.az-ın xəbərinə görə, o, 2023-cü ili və fevral ayını “qara siyahı”ya atdığını bildirib. 

“Dostlar bu gün mənim 37 yaşım tamam olur.  İlk ad günümdür ki, gecə 12-də həmişəki kimi hamıdan birinci mənə zəng edib “Ad günün mübarək, Caki”, sözünü eşitmirəm artıq. İlk ad günümdür ki, atasız keçirirəm və bu postu nə halda yazıramsa, məndə qalsın. Həqiqətən, bu ad günümdə atam yuxuma belə gəlib məni təbrik etsə, bu ən böyük hədiyyə olacaq.

Mənim üçün, ümumiyyətlə təqvimdə olan 2023 və fevral ayı qara bir siyahıdadır və yox kimidir. Ona görə ki, ötən il doğum günümdən 4 gün sonra atamı, Xalq artisti Ramiz Novruzu itirdim. 

Sizdən bir xahişim olacaq, əgər mənə doğum günüm ilə bağlı təbrik yazmaq istəyirsinizsə, yazmayın. Elə atama rəhmət yazın, bu mənə böyük bir yaxşılığınız olacaq”. 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən ilin fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib. 

 

0.016940116882324