Aktyor Elşən Orucov “Ben bu cihana sığmazam”da!

 Aktyor Elşən Orucov “Ben bu cihana sığmazam”da!
 

Aktyor Elşən Orucov Türkiyənin ATV kanalında yayımlanan “Ben bu cihana sığmazam” serialında rol alıb.

OLAY-ın məlumatına görə, sənətçi ekran işində Emir Qardaşovun Amerika Gizli Kəşfiyyat Təşkilatının Buxarestdəki gizli müəssisəsində həbsdə olan qardaşı Rəşadı canlandırıb.

Hekayəyə görə Rəşad Qardaşov İranın enerji sənayesinə dəstək olduğu və İrana neft  məhsulları satdığı üçün ABŞ tərəfindən həbs edilib.

Elşən sabah yayımlanacaq bölümlə seriala daxil olacaq.

Qeyd edək ki, ekran işində baş rolları Ozan Akbaba, Oktay Kaynarca oynayır.

 

0.011507987976074