Həkim yayılan qızdırmalı xəstəliklərin siyahısını açıqladı: "Bu qədəri lap çoxdur..."

Həkim yayılan qızdırmalı xəstəliklərin siyahısını açıqladı:
 

Pediatr Vaqif Qarayev son aylarda əhali arasında yayılan qızdırmalı xəstəliklərin adlarını açıqlayıb.

Həkim bu qədər xəstəliyin eyni vaxtda yayılmasının çox olduğunu deyib:

"Son vaxtlar yayılan xəstəliklər: Qızdırma+halsızlıq, zəiflik, baş ağrıları, qızdırma+burun tıxanıqlığı, boğaz ağrısı, öskürək(qrip A, influenza, qızdırma+skarlatina, qızdırma+ su çiçəyi, qızdırma+göyöskürək, qızdrma+qızılca, qızdırma+qusma, ishal.
Bir mövsümdə bu qədər infeksiyanın yayılması çoxdur, lap çoxdur".

Pediatr valideynlərə ilk günlərdə qızıdrmanın normaya düşməsini gözləməməyi tövsiyə edib:

"Həm də öz başına antibiotik verməyin. Səpkili infeksiyalara diaqnozu həkim qoyacaq. Ona görə bu uşaqlar vaxtında həkim nəzarətində olmalıdır ki, xoşagəlməz ağırlaşmalar olmasın! Uşaqlar vaxtında peyvənd olunmalıdır!" - o əlavə edib.

 

 

0.044636964797974