SOCAR-ın "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir
SOCAR-ın "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir
"Paralel.az" xəbər verir ki, növbəti həftə (12,13, 15 və 16 fevral tarixləri) 3 rayon və 1 şəhərdə "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Astara rayonunun Burzubənd kəndində (Vovada kənd modul tipli ibtidai məktəbin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Lerik rayonunun, Qələbin kəndində (Kənd ümumi orta məktəbinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Lənkəran şəhərində (Aşağı Apu kəndi, şəhid Ülfət Babayevin evinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Cəlilabad rayonunun Xanəgah kəndində (Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin ərazisi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.