Kanalda batan yeniyetmənin axtarışlarına təlim görmüş itlər cəlb olunub

Kanalda batan yeniyetmənin axtarışlarına təlim görmüş itlər cəlb olunub
 

İmişlidə kanalda batan yeniyetmənin axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla yeniyetmənin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

0.011729955673218