Oğlun törətdiyi qətlə görə 45 yaşlı anası həbs edildi 

Oğlun törətdiyi qətlə görə 45 yaşlı anası həbs edildi 
 

ABŞ-ın Miçiqan ştatında 4 orta məktəb şagirdini qətlə yetirən İtan Kramblinin anası da həbs edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İ.Kramblinin anası Cennifer Krambli qətliamın qarşısını ala bilmədiyi üçün təqsirkar hesab olunur.
Belə ki, Cennifer K. (45) və ata Ceyms K. (47) haqqında qəsdən adam öldürmə ittihamı ilə iddia qaldırılıb. Ana ABŞ-da uşağının kütləvi qətlinə görə məhkum olunan ilk valideyn olub. Onu 60 ilə qədər həbs gözləyir. 

17 yaşlında qətl törədən İtanın ata isə gələn ay məhkəmə qarşısına çıxarılacaq.
Kramblinin valideynləri oğluna 9 mm çaplı "SIG Sauer" tapançasını hədiyyə etməkdə, övladının psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyinə dair xəbərdarlıqlara məhəl qoymamaqda və təhlükəsizlik tədbirlərinə əməl etməməkdə ittiham olunur.

Qeyd edək ki, İ.Krambli 2021-ci ildə "Oksford" liseyində əvvəldən planlaşdıraraq qətliam törədib və ömürlük azadlıqdan məhrum edilib.

Billurə

 

 

 

 

0.013611078262329